Alimlər bildiriblər ki, gənc yaşda hamiləlik gələcəkdə süd vəzi xərçəngi riskini azalda bilər.
Siçanlar üzərində aparılan yeni araşdırmalar xərçəng hüceyrələrinin inkişafını ləngidən ehtimal olunan mexanizmi ortaya çıxarıb.
Tədqiqat nəticələrinə görə, hamiləlikdən sonra dişi orqanizmdə xərçəngin yaranmasına səbəb ola biləcək “qəribə” hüceyrələr daha az toplanır.
Kaliforniya Universitetinin bioloq-onkoloqu Şahin Sikandar bildirib ki, hamiləlik hüceyrələrdə bir növ “yenilənmə” yaradır.
Bu hüceyrələr sanki identiklik böhranı yaşayır və toxumaları xəstəliyə yaxınlaşdırır. Əgər onların yaranmasının qarşısını almağı öyrənsək, süd vəzi xərçəngi riskini azalda bilərik, — deyə o qeyd edib.
Araşdırma zamanı alimlər hamilə olmuş siçanlarla digər siçanları müqayisə ediblər.
Onlar 18 aya qədər müşahidə olunublar ki, bu da insan həyatında təxminən 55–60 yaşa bərabər sayılır.
Balası olmayan yaşlı siçanlarda hibrid hüceyrələr aşkar edilib.
Alimlərin fikrincə, məhz bu hüceyrələr xərçəngin inkişafında əsas rol oynaya bilər.
Çünki həmin hüceyrələr IL33 adlı xüsusi maddə ifraz edir.

Tədqiqatçılar bu maddəni gənc siçanlara vurduqda onlarda da yaşlı siçanlardakı kimi hüceyrələr yaranıb.
Araşdırmada iştirak edən mütəxəssislər nəticələrin gələcək tədqiqatlar üçün vacib olduğunu bildiriblər.

