Səhərlər gözaltı şişkinlik çox vaxt gec saatlara qədər işləyən, axşam duzlu qidalar qəbul edən və ya uzun müddətdir yuxusuzluqdan əziyyət çəkən insanları narahat edir.
Healthline yazır ki, gözaltı “torbalar” adətən kosmetik problem sayılır və nadir hallarda ciddi xəstəliyin əlaməti olur.
Bu problemin əlamətləri bunlar ola bilər:
yüngül şişkinlik
dərinin sallanması və ya boşalması
gözaltı tünd halqalar
İstənilən yaşda gözaltı “torbalar”ın yaranmasına və ya daha da görünən olmasına səbəb olan amillər bunlardır:
xüsusilə oyandıqdan və ya duzlu qida qəbul etdikdən sonra orqanizmdə mayenin ləngiməsi
yuxu çatışmazlığı
allergiyanın olması
siqaret çəkmək
xroniki yorğunluq
günəşin təsiri
genetik meyil, yəni gözaltı torbaların irsi olaraq keçməsi
dermatit, dermatomiozit, böyrək və qalxanabənzər vəzi xəstəlikləri kimi sağlamlıq problemləri
Gözaltı “torbalar”dan tamamilə və həmişəlik xilas olmaq mümkün deyil.
Lakin bəzi vərdişlər və yerli vasitələrlə onların görünüşünü azaltmaq olar:
sərin kompreslərdən istifadə etmək
orqanizmin su balansını qorumaq
günəşdən qoruyucu vasitələrdən istifadə etmək
C vitamini və dəmirlə zəngin qidalar qəbul etmək
kifayət qədər yatmaq

Yuxu gigiyenası qaydalarına da əməl etmək lazımdır:
həftəsonları da daxil olmaqla sabit yuxu rejimi saxlamaq, yəni eyni saatlarda yatıb oyanmaq
yataq otağında qaranlıq və mülayim temperatur təmin etmək
rahat döşək və yastıqdan istifadə etmək
hər gün fiziki hərəkət etmək, lakin bunu yatmazdan ən azı 2 saat əvvəl bitirmək
yataq otağında televizora baxmaqdan çəkinmək
xüsusilə axşam saatlarında kofein və spirtli içki qəbulunu azaltmaq
axşam ağır qidalardan imtina etmək
yatmazdan ən azı yarım saat əvvəl elektron cihazlardan uzaq durmaq

