Allergiyanın özbaşına müalicəsi immun sisteminə mənfi təsir göstərə və istifadə olunan dərmanlara qarşı dözümsüzlük yarada bilər.
Bu barədə Pravda-nn.ruya immunoloq Tatyana Maryanova danışıb.
Həkimin sözlərinə görə, allergiyanı bəzən kəskin respirator virus infeksiyası ilə qarışdırmaq mümkündür. Buna görə də allergiya şübhəsi olduqda terapevtə və ya otolarinqoloqa müraciət etmək vacibdir.
Maryanova bildirib ki, həkim müayinə aparmalı, uyğun müalicə təyin etməli və ehtiyac yaranarsa, pasiyenti daha dar ixtisaslı mütəxəssisə yönləndirməlidir.
Profilaktika üçün immunoloq evdə mütəmadi olaraq nəm təmizlik aparmağı, yataq dəstlərini isti suda yumağı, otaqları tez-tez havalandırmağı və qidalanmaya diqqət etməyi tövsiyə edib.

