Məşqçi İrina Maltseva bildirib ki, hətta yüngül hərarət olduqda belə qaçışdan imtina etmək lazımdır.
O, Lenta.ru-ya açıqlamasında vurğulayıb ki, virus infeksiyası ürək əzələsinə mənfi təsir göstərir.
Məşqçinin sözlərinə görə, xəstə halda qaçış miokarditə səbəb ola bilər və bu xəstəliyin müalicəsi aylarla davam edə bilər.
Məşqdən bir gün əvvəl insan öz vəziyyətini qiymətləndirməlidir. Əgər hərarət 37 dərəcədən yüksək olubsa, burun tutulması, əzələ ağrısı və ya boğazda ağırlıq hissi varsa, qaçmaq qətiyyən olmaz, — deyə o bildirib.
İrina Maltseva qeyd edib ki, virus infeksiyası ürək əzələsini yükləyir və bu fonda qaçış ciddi fəsadlara yol aça bilər.

