Mədə yanmasından əziyyət çəkən şəxslər ilk növbədə alkoqollu içkiləri rasiondan çıxarmalı və ya kəskin şəkildə məhdudlaşdırmalıdırlar.
Bu barədə Lenta.ru-ya açıqlamasında dietoloq Anastasiya Yefimova bildirib.
Onun sözlərinə görə, qəhvə, şokolad, nanə, sitrus meyvələri, pomidor, soğan və sarımsaq da mədə yanmasını gücləndirə bilər.
Dietoloq qeyd edib ki, yalnız məhsulun özü deyil, onun hansı qidalarla birlikdə qəbul edilməsi də vacibdir. Hətta adətən təhlükəsiz hesab olunan yeməklər belə alkoqolla birlikdə qəbul edildikdə mədə yanmasına səbəb ola bilər.

“Mədə yanması zamanı menyudan ilk növbədə alkoqolu çıxarmaq lazımdır. Yağlı, acılı və qızardılmış qidalar da mədənin boşalmasını ləngidərək qida borusu sfinkterinin fəaliyyətinə təsir göstərir”, — deyə mütəxəssis vurğulayıb.

