Mədə-bağırsaq traktı xəstəliklərinin kəskinləşməsi zamanı ədviyyatlı bitki çaylarından istifadə etmək tövsiyə olunmur. Bu barədə aif.ru-ya açıqlamasında botanik Dmitri Yurovski xəbərdarlıq edib.
O bildirib ki, kəklikotu ilə hazırlanan çaylar qalxanabənzər vəzinin hipofunksiyası və ya qlomerulonefritdən əziyyət çəkən şəxslər üçün arzuolunmazdır.
Yurovskinin sözlərinə görə, kiçik dozalarda çay üçün istifadə edilən bitkilərin təsiri zəif olur və onlardan ehtiyat etmədən istifadə etmək mümkündür. Lakin ədviyyatlı bitkilər mədə turşuluğu yüksək olan insanlarda qıcqırmaya səbəb ola bilər. Belə hallarda dozanı azaltmaq məsləhətdir.
“Məkkəgülü və ya nanə yaxşı sakitləşdirici vasitə hesab olunur, lakin nanə qıcqırmanı artıra bilər. Kəklikotu, dağ nanəsi və digər ətirli bitkilər isə bir-biri ilə yaxşı uyğunlaşır”, - deyə Yurovski bildirib.
O əlavə edib ki, dəlikli dazıotu ilə hazırlanan çayların xüsusi əks göstərişləri var. Antidepressant qəbul edən şəxslərin bu içkilərdən uzaq durması daha məqsədəuyğundur. Çünki bu bitkinin tərkibindəki maddələr dərmanlarla birlikdə orqanizmdə arzuolunmaz reaksiyalara səbəb ola bilər.

