Mədə-bağırsaq xəstəliklərindən, o cümlədən qastrit, xora və pankreatitdən əziyyət çəkən şəxslər pomidoru ehtiyatla qəbul etməlidir. Bu barədə qastroenteroloq Yelena Qrek bildirib. Məlumatı Lenta.ru yayıb.
Həkimin sözlərinə görə, pomidorun tərkibində olan üzvi turşular bəzi insanlarda mədə yanması, ağrı və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Bundan əlavə, böyrək problemi olan insanlar üçün də pomidor müəyyən risk yarada bilər. Səbəb isə pomidorda olan oksalatlardır.
“Müəyyən şəraitdə oksalatlar kalsiumla birləşərək kristallar yarada bilər və bu da böyrəkdə daş əmələ gəlməsi riskini artıran amillərdən biridir”, — deyə Yelena Qrek bildirib.
Həkim qeyd edib ki, bu xəstəliklərdən əziyyət çəkən insanlar pomidoru tamamilə rasiondan çıxarmalı deyil, lakin miqdarını azaltmaları məsləhətdir. Məhdudiyyətin səviyyəsi isə xəstəliyin diaqnozu və mərhələsindən asılıdır.

