Qəhvənin müntəzəm və həddindən artıq qəbulu qadınların hamilə qalma ehtimalını azalda bilər.
Bu barədə Dövlət Maarifçilik Universitetinin fundamental tibb fənləri kafedrasının müəllimi, mama-ginekoloq Yelena Bliznyuk NEWS.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, hamiləlik planlaşdıran qadınlara qəhvə qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. O qeyd edib ki, kofein hormonal fona və yumurtlama prosesinə təsir göstərə, mayalanmanı çətinləşdirə bilər.

Bliznyuk bildirib ki, kofein yumurtalığın uşaqlığa doğru hərəkətini təmin edən fallop borularının fəaliyyətinə və əzələ tonusuna da mənfi təsir göstərə bilər. Boruların əzələləri zəif yığıldıqda yumurta hüceyrəsinin uşaqlığa doğru hərəkəti çətinləşə bilər.
Onun sözlərinə görə, gündə dörd fincandan çox qəhvə içilməsi hamilə qalmağa mane ola biləcək amillərdən biri hesab olunur.
Həkim həmçinin qara çay və şokolad kimi kofein tərkibli məhsulların da həddindən artıq qəbul edilməməsini tövsiyə edib.

