Həkim və televiziya aparıcısı Aleksandr Myasnikov “Vesti” İnformasiya Xidmətinə müsahibəsində bildirib ki, qəhvə xərçəngin, ürək və qaraciyər xəstəliklərinin profilaktikasında faydalı təsir göstərə bilər. Onun sözlərinə görə, gündə 3-4 fincan qəhvə normal miqdar hesab olunur.
Myasnikov deyib:
“Qaraciyərin istənilən xəstəliyində, o cümlədən qaraciyər piylənməsində, virus hepatitində qəhvə qaraciyərin sirroza keçməsinin qarşısını alır. Qaraciyər xəstəliyi olan insan üçün gündə 3-4 fincan qəhvə vacibdir. Sadəcə tövsiyə olunmur, vacibdir. Sirroza və xərçəngə keçidin qarşısını alır. Qaraciyər xəstəliyi olan hər kəs qəhvə içməlidir”.
O, həmçinin oynaq xəstəlikləri zamanı və menopauzadan sonra qadınlar üçün qəhvənin əhəmiyyətini vurğulayıb. Həkimin sözlərinə görə, qəhvə yoğun bağırsaq xərçənginin qarşısını almağa kömək edə bilər.

Myasnikov əlavə edib ki, qəhvə Parkinson xəstəliyi və osteoporoz zamanı da faydalı ola bilər.

