Abu-Dabidə keçirilən Beynəlxalq Ovçuluq və Atçılıq Sərgisində (ADIHEX) nadir ağ şahin rekord qiymətə – 1,5 milyon BƏƏ dirhəminə (təxminən 408 min dollar) satılıb.
BƏƏ-nin WAM informasiya agentliyinin məlumatına görə, “Qarmousha Pure Ultra White” sinfinə aid şahin builki sərgi çərçivəsində keçirilən hərraclarda ən yüksək qiymətə satılan şahin olub.

Rekord nəticə ADIHEX-2026 çərçivəsində təşkil edilən hərracların beşinci raundunda qeydə alınıb.
Şahin ABŞ-dakı xüsusi fermalardan birində yetişdirilib. Quş tamamilə ağ lələkləri, nadirliyi, eləcə də yüksək fiziki və estetik xüsusiyyətləri ilə seçilir.
Məhz bu xüsusiyyətlər hərrac zamanı ona böyük maraq yaradıb və nəticədə qiyməti 1,5 milyon dirhəmə qədər yüksəlib.

