Misirdə qədim Memfis şəhərinin ərazisində, Mit-Rahina bölgəsində yerləşən ilahə Sekhmet məbədinin yaxınlığında qədim şərab istehsalına aid olduğu ehtimal edilən qurğu aşkar edilib.
Misirin Turizm və Qədim Abidələr Nazirliyinin məlumatına görə, arxeoloqlar məbədin şərqində aparılan qazıntılar zamanı əhəngdaşından hazırlanmış tikili aşkar ediblər.
Mütəxəssislər hesab edirlər ki, bu qurğu vaxtilə üzüm sıxmaq və şərab istehsal etmək üçün pres kimi istifadə olunub.
Tapıntının daxilində üzüm çəyirdəklərinin aşkarlanması da bu ehtimalı gücləndirib.
Qazıntılar Misir və Çin arxeoloqlarından ibarət birgə missiya tərəfindən aparılır.

