Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İkinci Üzüm və Şərab Festivalı keçirilib.
“Den.az” xəbər verir ki, 25-26 noyabr tarixlərində keçirilən festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib və dequstasiya imkanı yaradılıb.
Festivalda 2 gün boyunca müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub.
İlk dəfə 2019-cu ildə keçirilən festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyir.
Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda - Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub.
Şamaxıda Üzüm və Şərab Festivalı keçirildi - FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.