İnsan səkkiz saat yatdıqdan sonra belə özünü yorğun və halsız hiss edə bilər.
Bunu həkim-somnoloq, tibb elmləri doktoru, professor Roman Buzunov aif.ru-ya müsahibəsində bildirib və belə vəziyyətin beş mümkün səbəbini sadalayıb.
Mütəxəssisin sözlərinə görə, səbəblərdən biri insanın fərdi yuxu ehtiyacı ola bilər. Bəzi insanlara tam bərpa olunmaq üçün adi 7–8 saatdan daha çox yatmaq lazım gəlir.
Özünü necə hiss etməyə yuxu rejimi də təsir edir. Əgər insan iş günlərində erkən oyanır, həftəsonu isə günortaya qədər yatırsa, orqanizm “sosial cetlaq” adlanan vəziyyətlə üzləşir.
Həkim digər mümkün səbəb kimi yataq otağındakı narahat şəraiti göstərib. Onun sözlərinə görə, səs-küy, işıq, uyğun olmayan temperatur, narahat döşək və ya yastıq yuxunu daha səthi edir və orqanizmin tam bərpasına mane ola bilər.

Bundan başqa, daimi yuxululuğa dəmir və vitamin çatışmazlığı, qalxanabənzər vəzin fəaliyyətində pozuntular, narahatlıq və depressiya səbəb ola bilər.
Bəzi hallarda isə problem yuxu xəstəlikləri, o cümlədən yuxu apnesi (yuxu zamanı nəfəsin qısa müddətə dayanması və sonra yenidən başlamasıdır) və narahat ayaqlar sindromu ilə bağlı olur.
Buzunov bildirib ki, ilk dörd səbəb istisna edildikdən sonra yuxu yenə də insanı gümrahlaşdırmırsa və xüsusilə xoruldama varsa, somnoloqa müraciət etmək lazımdır.
Onun sözlərinə görə, təxminən 60 yuxu xəstəliyi mövcuddur və dəqiq diaqnozu yalnız həkim qoya bilər.

