Gözləri qıymaq və dəftərə həddindən artıq yaxın əyilmək uşaqlarda görmə qabiliyyətinin zəifləməsinin əlamətləri ola bilər.
Bu barədə professor, tibb elmləri doktoru, oftalmoloq Tatyana Şilova RT-yə bildirib.
Həkimin sözlərinə görə, uşaqlar çox vaxt görmələrində problem yarandığını özləri hiss etmirlər.

“Uşaq oxuyarkən sətri itirə, lövhədən köçürərkən səhvlərə yol verə, əşyanı daha yaxşı görmək üçün bir gözünü bağlaya və ya başını yana çevirə bilər. Profilaktika üçün görmə yükünün düzgün təşkil edilməsi xüsusilə vacibdir”, – Şilova deyib.
Oftalmoloq uşaqların görmə itiliyinin mütəmadi olaraq mütəxəssis tərəfindən yoxlanılmasının vacibliyini vurğulayıb.
Görmə ilə bağlı problem aşkarlandığı halda isə həkimə hər altı aydan bir müraciət etmək tövsiyə olunur.

