18 
mar
2024
08:30
75

Füzulidə əməliyyat keçirildi - 10 kq narkotik aşkarlandı

18 mar, 2024
08:30
75

Füzulidə əməliyyat keçirildi - 10 kq narkotik aşkarlandı

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Şirvan şəhər sakinləri Heydərov Kamran və Quliyev Əliqismət saxlanılıblar.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Den.az-a verilən məlumata görə, həmin şəxslərdən 10 kiloqram marixuana və tiryək, həmçinin 100 ədəd metodon həbi aşkar edilib.

Faktla bağlı Füzuli RPŞ-də cinayət işi başlanılıb, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar