11 
yan
2024
09:08
186

Bakı sakini Ağcabədidə tapança satarkən saxlanıldı

11 yan, 2024
09:08
186

Bakı sakini Ağcabədidə tapança satarkən saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Den.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı bir ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.
 
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar