may
2024
09:20
43

Masallıda narkotik satanlar tutuldu - FOTO

8 may, 2024
09:20
43

Masallıda narkotik satanlar tutuldu - FOTO

Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Den.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Ramin Abiyev saxlanılıb. Ondan 3 kiloqram marixuana, 1 kiloqram metamfetamin aşkarlanıb.

Şöbə əməkdaşlarının  keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- İlqar Əkbərli və Azad Səfərov saxlanılıblar. Onlardan heroin və metamfetamin aşkarlanıb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar aparılır.

Masallıda narkotik satanlar tutuldu - FOTO

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar