Masazır qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, bu gün Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən “Masazır” yarımstansiyasında təmir-texniki işlər aparılacaq.
Bununla əlaqədar saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Şirkətdən bildirilib ki, təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli və dayanıqlı elektrik təchizatı ilə təmin olunacaq.

