Bakıda və Abşeron yarımadasında 3 iyuna keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağa bilər.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər saatlarında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz isə 21-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən quru keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Ayrı-ayrı rayonlarda leysan, şimşək və dolu ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, bəzi yerlərdə isə 20-25 dərəcə isti gözlənilir.

