Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun olacaq, əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə bəzi ərazilərdə duman müşahidə oluna bilər. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeronda havanın temperaturu gecə 15-18 dərəcə, gündüz isə 24-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət isə gecə 60-65 faiz, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında ciddi yağıntı gözlənilmir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağa bilər. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7-12 dərəcə, gündüz 15-19 dərəcə, bəzi yerlərdə isə 21-25 dərəcə isti gözlənilir.

