İyulun 1-dən Bakı metropoliteninin bənövşəyi xəttində qatarların hərəkəti yay qrafiki ilə təşkil ediləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Yeni qrafikə əsasən, “Xocəsən” – “8 Noyabr” sahəsində və əks istiqamətdə qatarlar 8 dəqiqəlik intervalla hərəkət edəcək.
Bununla yanaşı, “Avtovağzal” – “8 Noyabr” sahəsində qatarların hərəkət intervalı dəyişməz qalacaq.
Metropolitendən bildirilib ki, yay ayları ərzində sərnişin axını daimi monitorinq olunacaq. Zərurət yarandıqda, sərnişin sayındakı dəyişiklik və digər amillər nəzərə alınaraq xəttə ehtiyat qatarlar buraxılacaq.
Bənövşəyi xətdə yay qrafiki yeni tədris ilinin başlanmasınadək qüvvədə olacaq.

