Bakı metrosunda bənövşəyi xətdə qatarların hərəkət intervalı ilk dəfə 5 dəqiqəyədək azalıb.
“Denmedia.az” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.
Nəticədə “Avtovağzal-Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal-8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

