Bakının Yasamal rayonunun bir sıra ərazilərində sentyabrın 7-də elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, buna səbəb transformator yarımstansiyasında aparılacaq təmir işləridir.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana və Tağı Şahbazi küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
“Azərişıq” ASC bildirib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Denmedia.az

