Avqustun 26-da Bakının bir sıra ərazilərində transformator məntəqələrində aparılacaq təmir, təftiş və sınaq işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, işlər elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi və şəbəkədə artan yükün qarşılanması məqsədilə həyata keçirilir.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Hüseyn Cavid, Şəfayət Mehdiyev, İsfəndiyar Zülalov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Əhməd Cavad və Vasif Əliyev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək Yəhya Bakuvi və Koroğlu Rəhimov küçələrinin bəzi ərazilərində fasilələr gözlənilir.
Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Rüstəm Rüstəmov və Bəkir Çobanzadə küçələrində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
“Azərişıq” bildirib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

