Sentyabrın 8-də Bakının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qaz İxrac İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkarlanan qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan etibarən təmir işləri başa çatanadək qazın verilişində fasilə yaranacaq.
Məhdudiyyət Sabunçu və Suraxanı rayonlarının bir hissəsini əhatə edəcək.

