Bakının bir sıra ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Qaz İxracı İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək bəzi ünvanlarda qaz təchizatında fasilələr yaranacaq.
Məhdudiyyətlər paytaxtın Qum adası yaşayış massivi, Müşfiq qəsəbəsi, həmçinin Xətai rayonunda yerləşən Mikayıl Davud küçəsini əhatə edəcək.
“Azəriqaz”dan bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra qazın verilişi bərpa olunacaq.

