Bu gün Bakının Sabunçu, Suraxanı və Səbail rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri və payız-qış mövsümünə hazırlıq çərçivəsində iyunun 12-si saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan rayonların bir sıra ərazilərində qazın verilişi məhdudlaşdırılacaq.
Qaz təchizatında fasilə Sabunçu rayonu üzrə H. Dimitrov, L. Tolstoy, D. Bünyadzadə, A. Qarayev küçələrini, Deputat küçəsini və Əlillər evini, həmçinin Suraxanı və Səbail rayonlarında yerləşən MİDA yaşayış komplekslərini əhatə edəcək.

