Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində bu gün qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək qaz verilişində fasilə yaranacaq.
Məhdudiyyət Xətai rayonunda M. Rüstəmov, Sarayevo və Neapol küçələrinin bir hissəsini, Suraxanı rayonunun Əmircan qəsəbəsində isə H. Axundlu küçəsini əhatə edəcək.

