Bu gün Bakının Nizami rayonunun dörd küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
Məlumata görə, saat 10:00-dan işlər başa çatanadək Nizami rayonunun M. Abbasov, K. Balakişiyev, Nəsimi və Ə. Əzimzadə küçələrində qaz təchizatında qısamüddətli fasilələr gözlənilir.

