Bu gün Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, payız-qış mövsümünə hazırlıq, aşkarlanmış qaz sızmalarının aradan qaldırılması, eləcə də təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək bəzi ünvanlara qaz verilməyəcək.
Xətai rayonunda R.Quliyev, İ.Abilov, Sadıqcan, Cavanşir küçələri, Zığ yolu və Kombinat ərazisində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Sabunçu rayonunun Balaxanı qəsəbəsində isə A.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli, M.İbrahimov və Fazendə küçələrində qaz təchizatında qısamüddətli fasilələr yaranacaq.
Suraxanı rayonunun Zığ qəsəbəsində H.Allahverdiyev, Xanlar, N.Gəncəvi, İ.Süleymanov, R.Qoyuşov, S.Həmidov küçələrində, həmçinin Zığ şossesinin bir hissəsində qaz təchizatında fasilələr gözlənilir.

