Bakının bir sıra qəsəbələrində 18 iyun tarixində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin — SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər payız-qış mövsümünə hazırlıq, eləcə də təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.
Məlumata görə, saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Şuşa, Kənd Ramana, Savalan və Maştağa qəsəbələrində qazın verilişi müvəqqəti dayandırılacaq.
Bundan başqa, Səbail rayonunun Badamdar qəsəbəsində də qaz təchizatında qısamüddətli fasilələr olacaq.
“Azəriqaz”dan bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı tam həcmdə bərpa ediləcək.

