Bu gün, oktyabrın 2-də Bakının Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) «Azəriqaz» İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək bəzi ərazilərə təbii qazın verilişi dayandırılacaq.
Məlumata görə, Xətai rayonunun A. Səhhət küçəsində, eləcə də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən Nizami, Ə. Ələkbərov, M. Ə. Sabir, M. Bəydəmirov, N. Nərimanov, Ç. Nəzərov, Mənbə, M. Abdullayev və S. Bəhlulzadə küçələrində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
Qazın verilişi təmir və sızmanın aradan qaldırılması işləri tamamlandıqdan sonra bərpa olunacaq.

