Bakının Xətai və Binəqədi rayonlarının bəzi ərazilərində oktyabrın 9-da elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xətai rayonunda 10/0,4 kV-luq transformator məntəqəsində təmir işləri, Binəqədi rayonunda isə “Masazır-1” və “Masazır-2” 6 kV-luq hava xətlərində yenidənqurma işləri aparılacaq.
Xətai rayonunda saat 10:00-dan 15:00-dək Gəncə prospektinin bir hissəsində və 191 nömrəli məktəbin ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Binəqədi rayonunda isə saat 11:00-dan 16:00-dək 10 May küçəsində və Xırdalan–Binəqədi yolunun aşağı hissəsində qısa müddətli fasilələrin yaranacağı gözlənilir.
“Azərişıq”dan bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə elektrik enerjisi təchizatının keyfiyyəti və dayanıqlılığı daha da artırılacaq.

