Oktyabrın 8-də Bakı və Abşeronun bir sıra ərazilərində təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər olacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər paytaxtın Yasamal, Səbail və Binəqədi rayonlarını, eləcə də Abşeron rayonunun Masazır qəsəbəsini əhatə edəcək.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət, Tağı Şahbazi küçələrinin və İnşaatçılar prospektinin bəzi hissələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Səbail rayonunda Badamdar şosesi və 2-ci yaşayış massivinin 2-ci dalanında yeni komplekt transformator məntəqəsinin quraşdırılması ilə əlaqədar saat 11:00-dan 16:00-dək qısamüddətli fasilələr gözlənilir.
Binəqədi rayonunda isə saat 10:00-dan 16:00-dək 10 May küçəsində və Binəqədi qəsəbəsinin bir sıra ərazilərində “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərinin yenidən qurulması ilə əlaqədar elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Masazır qəsəbəsində planlı fasilə saat 10:00-dan 15:00-dək Abşeron, Ağaxan Abdullayev, Akim Abbasov, Əli Mustafayev, İlyas Bayramov, İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvarid Dilbazi, Mübariz İbrahimov, Rəşad Hüseynov, Rizvan Haşimov, Şıxəli Qurbanov və Turqut Xəlilbəyli küçələrini əhatə edəcək.
“Azərişıq” ASC-dən bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə elektrik təchizatının daha dayanıqlı olması təmin ediləcək.

