Gələn il pensiyalar 11 faiz artacaq.
Den.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, bu və növbəti illərdə də orta aylıq pensiyanın, orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq, 46,8 və 49,3 faiz olmaqla Avropa sosial xartiyasının tələblərinə cavab verəcək: “Pensiyaçıların sosial rifahının qorunması məqsədilə əmək pensiyaçılarına verilən maddi yardımlar pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilib.
Növbəti ildən 3 yaşına kimi uşağa qulluğa, hamilələrə və s. 181,6 milyon manat vəsait nəzərdə tutulub".
Gələn il pensiyalar bu qədər ARTACAQ - RƏSMİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.