insandan donor böyrəyi köçürülən ilk pasiyent olub. “The Sun” nəşrinin məlumatına görə, həkimlər bu hadisəni ksenotransplantasiya sahəsində mühüm nailiyyət hesab edirlər.
“Yenidən gülürəm. Mən azadam”, – Endryus bildirib.
Donuz böyrəyinin transplantasiyası 2025-ci ilin yanvarında həyata keçirilib. Orqan 271 gün fəaliyyət göstərib, bundan sonra Endryus qısa müddətə yenidən dializə qayıtmalı olub.
2026-cı ilin yanvarında isə ona vəfat etmiş insan donorundan böyrək köçürülüb.
Əməliyyatlar Bostondakı “Mass General Brigham” xəstəxanasının həkimləri tərəfindən həyata keçirilib. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu, insan donor orqanı tapılanadək heyvan orqanının müvəqqəti əvəzedici kimi uğurla istifadə edildiyi ilk haldır.


Denmedia.az

