Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fransada aşkarlanan Şamonda virusunun geniş yayılma ehtimalının çox aşağı olduğunu açıqlayıb.
Bu barədə ÜST-nin nümayəndəsi Kristian Lindmayer Cenevrədə keçirilən brifinqdə bildirib.
Lindmayerin sözlərinə görə, Fransada qeydə alınan yoluxma hadisəsi təcrid olunmuş haldır və virusun geniş yayılması gözlənilmir.
“Bu, tək bir yoluxma hadisəsidir. Əlimizdə olan məlumatlara əsasən, virusun yayılma ehtimalı azdır”, – deyə ÜST nümayəndəsi vurğulayıb.
O, virusa yoluxduqdan sonra həyatını itirən xəstənin immun sisteminin zəif olduğunu da qeyd edib.

