Demokratik Konqo Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 1118-ə çatıb.
Bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, ölkədə davam edən epidemiya fonunda Fransada da ilk yoluxma faktı qeydə alınıb.
Virusun Konqoda humanitar missiyada olmuş bir həkimdə aşkarlandığı bildirilir. Həmin həkim xəstəliyin yayıldığı bölgələrdən birindən qayıtdıqdan sonra test nəticəsi müsbət çıxıb.
Pasiyent dərhal təcrid olunub. Onun vəziyyətinin hazırda stabil olduğu qeyd edilir.
Hadisə Ebola virusunun beynəlxalq yayılma riski ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

