Nipah virusunun qlobal miqyasda yayılma ehtimalı aşağı qiymətləndirilir. Bu barədə RIA Novostiyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki nümayəndəsi Tarik Jazarayeviç bildirib.
Onun sözlərinə görə, Hindistanın səhiyyə qurumları ÜST ilə fəal əməkdaşlıq edir və ölkə mövcud vəziyyəti nəzarətdə saxlamaq üçün kifayət qədər potensiala malikdir.
“ÜST infeksiyanın daha geniş yayılması riskini aşağı hesab edir”, — deyə Tarik Jazarayeviç vurğulayıb.

