23 
apr
2024
10:20
70

Japarovun Bakıya səfər proqramı açıqlandı

23 apr, 2024
10:20
70

Japarovun Bakıya səfər proqramı açıqlandı

Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-də Azərbaycana edəcəyi rəsmi səfərin proqramı açıqlanıb.

“Den.az”
-ın Qırğızıstan mediasına istinadən xəbərinə görə, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib. 

Onun sözlərinə görə, S.Japarov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Görüş zamanı iki və çoxtərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə ediləcək. 

Bildirilir ki, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi və bu iclasın yekununda iqtisadi-ticari və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönələn birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.

Japarovun, həmçinin Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirakı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar