21 
avq
2023
10:00
176

Mirziyoyev Azərbaycana gəlir - Tarix açıqlandı

21 avq, 2023
10:00
176

Mirziyoyev Azərbaycana gəlir - Tarix açıqlandı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq.

Den.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Səfər proqramına iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər daxildir.
“Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri gündəlikdədir. Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır”, – açıqlamada deyilir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar