22 yanvar tarixində Davosda Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında əhəmiyyətli görüş baş tutub. Məlumat ABŞ səfirliyinin rəsmi bəyanatında yer alıb.
Görüş zamanı tərəflər ABŞ–Azərbaycan münasibətlərinin inkişafı, eləcə də regional sülh və sabitlik məsələlərini ətraflı müzakirə ediblər. Liderlər 8 avqust Vaşinqton razılaşmalarına sadiqliklərini bir daha təsdiqləyiblər.
Bəyanatda vurğulanıb ki, görüşdə Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ikitərəfli əlaqələrin dərinləşdirilməsi əsas mövzulardan olub.
Xüsusi olaraq TRIPP təşəbbüsü çərçivəsində regional qarşılıqlı əlaqəlilik, ticarət, nəqliyyat və əməkdaşlığın strateji əhəmiyyəti diqqətə çatdırılıb. Tərəflər bu proseslərin regionda uzunmüddətli sabitliyə töhfə verdiyini qeyd ediblər.

