ABŞ prezidenti Donald Tramp yenidən bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə işləmək Rusiya lideri Vladimir Putinlə müqayisədə daha çətindir. Bu barədə MS NOW kanalının jurnalisti Stefani Rul, Ağ Ev rəhbəri ilə müsahibədən sonra açıqlama verib.
“O dedi ki, Zelenski ilə məsələləri həll etmək çox çətindir. O, qeyd etdi ki, Zelenski ilə işləmək Putinlə müqayisədə daha mürəkkəbdir”, – deyə Rul bildirib.
Jurnalistin sözlərinə görə, Tramp Putinə Avropadakı müttəfiqlərdən daha çox etimad göstərdiyini də ifadə edib.
O əlavə edib ki, ABŞ prezidenti müsahibə zamanı Zelenskini tənqid edərək onun addımlarını siyasi və PR məqsədli adlandırıb.
Bundan başqa, Tramp NATO ölkələrinin fəaliyyətindən narazılığını da dilə gətirib:
“Mən Ukraynaya dəstək barədə soruşdum və Tramp dedi ki, NATO müttəfiqləri bu istiqamətdə heç nə etməyiblər”, – deyə jurnalist qeyd edib.
Qeyd olunur ki, Trampın müsahibəsi hələlik efirdə yayımlanmayıb.

