ABŞ prezidenti Donald Trump hesab edir ki, Ukrayna böhranının nizamlanması Ukrayna prezidenti Volodimir Zelenskinin mövqeyindən deyil, məhz öz mövqeyindən asılıdır.
“Mən təsdiqləməyincə onun heç nəyi yoxdur. Görək onda nə olacaq”, — Tramp Politico-ya müsahibəsində bildirib.
Gözlənilir ki, Tramp bazar günü Zelenskini özünün Mar-a-Lago iqamətgahında qəbul edəcək.
Eyni zamanda ABŞ prezidenti Rusiya lideri Vladimir Putin ilə də bütün problemləri həll edə biləcəyinə ümid etdiyini deyib.
“Düşünürəm ki, onunla hər şey yaxşı olacaq. Məncə, Putinlə də hər şey yaxşı olacaq”, — Tramp vurğulayıb.
O əlavə edib ki, Putinlə “tezliklə əlaqə saxlayıb istədiyi qədər danışmağı” planlaşdırır.
Nəşr qeyd edir ki, onun məlumatına görə, Tramp–Zelenski görüşü təhlükəsizlik zəmanətləri ilə yanaşı, Zaporojiya AES-in idarə olunması və Donbas üzərində ərazi nəzarəti məsələlərinə həsr olunacaq.
New York Post-a telefon müsahibəsində Tramp qarşıdakı Zelenski görüşü nəticəsində sülh sazişinin bağlanmasına nikbin yanaşdığını bildirib.
“Məncə, bizim yaxşı şanslarımız var”, — deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib:
“Düşünürəm ki, onlar bunu indi etmək istəyirlər və hesab edirəm ki, Rusiya da bunu istəyir”.

