ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşma əldə etmək Kiyevlə Moskvadan daha çətindir.
O, bu fikri NBC News telekanalına müsahibəsində səsləndirib.
“Onunla razılaşma əldə etmək daha çətindir”, — deyə Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski haqqında danışarkən bildirib və onu Rusiya prezidenti Vladimir Putin ilə müqayisə edib.

