Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trump ilə birgə mətbuat konfransı zamanı Trampın Rusiya və şəxsən prezident Vladimir Putinin Ukraynanın uğurunda maraqlı olması və Moskvanın ölkənin bərpasında iştirak edəcəyi barədə sözlərinə təəccübləndiyini gizlətməyib. Mətbuat konfransının yayımı Ağ Evin YouTube kanalında aparılıb.
ABŞ prezidenti bildirib ki, o, Vladimir Putinlə Ukraynanın bərpasında iştirak imkanını müzakirə edib. Trampın sözlərinə görə, Moskva bu prosesə töhfə verməyə hazırdır və Putin Ukraynanın “nəhayət uğur qazanmasını” istəyir.
Eyni zamanda Tramp bu fikirlərin “bir az qəribə səsləndiyini” də etiraf edib.
Bu replikaya cavab olaraq Volodimir Zelenski başını yüngülcə tərpədib, gülümsəyərək “bəli” deyib.

