Böyük Britaniya kralı Kral III Çarlz 28 aprel tarixində ABŞ Konqresi qarşısında çıxışı zamanı NATO ölkələrini Ukrayna münaqişəsi fonunda birliyə çağırıb və Vaşinqton müqaviləsinin beşinci maddəsini xatırladıb.
Qeyd edək ki, bu, 1991-ci ildən sonra britaniya monarxının ABŞ qanunvericiləri qarşısında ilk çıxışıdır. Həmin vaxt Konqresdə Kraliça II Elizabet çıxış etmişdi.
“11 sentyabr 2001 hadisələrindən dərhal sonra, NATO ilk dəfə beşinci maddəni tətbiq edəndə və BMT Təhlükəsizlik Şurası terror qarşısında vahid mövqe sərgiləyəndə, biz birlikdə cavab verdik — xalqlarımızın yüz ildən artıq müddətdə, iki dünya müharibəsində çiyin-çiyinə olduğu kimi… Bu gün isə, cənab spiker, Ukraynanın və onun cəsarətli xalqının müdafiəsi üçün eyni qətiyyət lazımdır — həqiqətən ədalətli və davamlı sülhün təmin olunması üçün”, — deyə Kral III Çarlz bildirib.

