ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüş zamanı Böyük Britaniya kralı Kral III Çarlz haqqında bir neçə zarafat edib.
Bu barədə RIA Novosti məlumat yayıb.
“Siz Konqresə gedəcəksiniz və elə bir çıxış edəcəksiniz ki, hamı sizin gözəl aksentinizə həsəd aparacaq”, — deyə Donald Tramp krala müraciətlə zarafat edib.
Bundan əlavə, Tramp Böyük Britaniyanı “kiçik krallıq” adlandırıb. ABŞ lideri həmçinin bildirib ki, onun anası Çarlz hələ şahzadə olduğu dövrdə ona heyran olub.
Bu sözlərdən sonra tədbirdə iştirak edənlər gülüşlə reaksiya veriblər.

