ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kralı Kral III Çarlzın çiyninə toxunaraq qeyri-rəsmi protokolu pozub. Bu barədə The Daily Mail qəzeti məlumat yayıb.
Hadisə Britaniya monarxının Ağ Evə dövlət səfərinin ilk günü baş verib.
Videogörüntülərdə rəsmi foto və əl sıxışmasından sonra Donald Trampın kralın çiyninə ehtiyatla toxunduğu görünür. Həmin an hər iki tərəf iqamətgaha doğru hərəkət edirdi.
Bədən dili üzrə ekspert Cudi Ceyms bildirib ki, bu hərəkət formal olaraq protokol pozuntusu sayılsa da, kral buna etiraz etməyib.
“Çarlz bu cür hallara anası, Kraliça II Elizabetdən daha sakit yanaşırdı”, — deyə o qeyd edib.
Ekspert bu jesti daha çox siyasi jest kimi qiymətləndirib və bunun ABŞ liderinin müsbət münasibətini nümayiş etdirdiyini vurğulayıb.
Qeyd edək ki, kralın dövlət səfəri 30 aprelədək davam edəcək.

