Böyük Britaniya kralı III Çarlz qardaşı Endryu ilə bağlı aparılan araşdırmada polis orqanları ilə əməkdaşlıq edəcəyini bildirib.
Bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.
Monarx məsələ ilə bağlı narahatlığını ifadə edib və prosesin ədalətli və hərtərəfli aparılmasını gözlədiyini vurğulayıb.
“Daha əvvəl dediyim kimi, hüquq-mühafizə orqanları mənim tam və səmimi əməkdaşlığıma arxalana bilərlər”, – deyə kral qeyd edib.

